Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsinin qaz təchizatı yaxşılaşdırılır

05 sentyabr 2013 | 10:00
 Pirallahı qəsəbəsində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, eləcə də qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində bir sıra işlər görülür. Bu məqsədlə qəsəbənin aşağı təzyiqli köhnəlmiş dəmir qaz xətləri yeni borularla əvəz olunur. Qəsəbənin indiyədək təbii qaz almayan abonentlərinin qazla təmin olumaları istiqamətində də intensiv işlər aparılır. Bu istiqamətdə müvafiq addımlar atan ARDNŞ "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Süleyman Bağırov küçəsində və digər məhəllələrdə qazlaşdırma işləri aparılır, yeni sayğaclar quraşdırılır. Adıçəkilən ünvanda, “Azəristilik” MMC tərəfindən inşa edilən qazanxananın artıq tüstü baçaları gurulub, kommunikasiya xətləri çəkilir. 28-ci və 29-cu məhəllələrdə su və kanalizasiya xəttləri dəyişdirilir və işlər qrafikə uyğun olaraq davam etdirilir. M.Əzizbəyov küçəsində yeni, müasir bardyurlar düzülür. Əsas magistral yol boyunca ağaçların budanması prosesi davam edir. Kamil Rzayev küçəsində inşa edilən xeyir-şər evinin tikintisində də əsas işlər başa çatmaq üzrədir, burada artıq tikilinin dam örtüyü vurulmaqla üstü örtülür.
Keçidlər