Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Alverinə Qarşı mübarizə” mövzusunda tədbir keçirildi

15 noyabr 2018 | 11:00
      Noyabrın 14-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları, müəllim heyəti və məktəblilər iştirak etdilər.
     Məktəbin direktor müavini Həcər Ramazanova qonaqları salamlayaraq ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı.
     Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova Qızıl təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verdi. T.İskəndərova qeyd etdi ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Respublikamızda 2008-2009, 2009-2014 illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixdə imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” Azərbaycanda bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirir.
     Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulandı. Bölmənin könüllüsü Ləman Axundova slayd vasitəsilə insan alverinin vətəndaş hüquqlarının pozulması, şəxsiyyətə qarşı cinayət olduğunu və onlara qarşı mübarizə tədbirlərindən söz açdı.
       Sonra mövzuya dair videoçarx nümayiş olundu və mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarına bukletlər paylanıldı.
 
 
Keçidlər