“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirildi
16 noyabr 2018 | 11:00
Noyabrın 16-da Pirallahı qəsəbəsində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirildi. Keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ümumtəhsil müəssisələrin direktorları, “Ölkəmizi tanıyaq” tur-aksiyasını iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçılarına “Ölkəmizi tanıyaq” layihəsi ilə bağlı videoçarx nümayiş olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tur-aksiya iştirakçılarını salamlayaraq bildirildi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir iri layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. 2013-cü ilin fevral ayında ilk telekommunikasiya peyki olan “Azerspace-1”in kosmik fəzaya buraxılması, eyni zamanda 2012-ci ildə Azərbaycan “Eurovision-2012” möhtəşəm musiqi yarışmasının, “Bakı 2015” I Avropa Oyunlarının, 2016-cı ildə 500 milyon auditoriyası olan “Formula-1” Avropa Qran-prisinin, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nə qədər nüfuz sahibi olduğunun göstəricisidir. “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və sair bu kimi beynəlxalq əhəmiyyətli layihələr bunun bariz nümunəsidir. Həmçinin məktəblilərə mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi, iyunun 12-də Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi, sentyabrın 26-da “Azerspace-2” peykinin orbitə buraxılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının, sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar barədə də məlumatlar verildi.
V.İmanov Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilə, səhiyyəyə, mədəniyyətə, idmanın inkişafına qayğısından danışdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin hərtərəfli tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir. “Təhsilə dəstək” layihəsi çərçivəsində yeni dərs ili ərəfəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilib.
Natiq gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsindən danışaraq 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlardan, “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə tədbir iştirakçılara məlumat verdi.
Bildirildi ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür. Diqqətə çatdırıldı ki, 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiyanın təşkil edilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20 min 254 nəfər iştirak etmiş, cari ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3190 nəfərin iştirakı, bununla da, iştirakçıların sayı 23 444 nəfərə çatmışdır.
Növbəti 10-cu tur-aksiyasının Lənkəran-Masallı-Astara istiqaməti üzrə təşkil edildiyini söyləyən rayon rəhbəri, məktəblilər arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdin noyabr ayının 18-dən 21-dək Lənkəran, Masallı və Astaraya səfər edəcəklərini bildirdi. Qeyd edildi ki, 2018-ci ilin noyabr ayı da daxil olmaqla ümumilikdə Pirallahı rayonundan ölkəmizi tanıyaq tur-aksiyasında cəmi 162 şagird iştirak etmişdir ki, bunlardan 76 nəfəri qız, 86 nəfəri oğlandır.
Tədbirdə çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.