Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəblilərinin Lənkəran-Masallı-Astara bölgəsinə səfəri sona çatıb

22 noyabr 2018 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsində Pirallahı rayon məktəbliləri 18-21 noyabr 2018-ci il tarixində Lənkəran-Masallı-Astara bölgəsinə  səfər ediblər.
Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN Həyat” kompleksinə, Masallı Sənaye Məhəlləsinə və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoydu. Eyni zamanda, səfər zamanı məktəblilərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Qeyd edək ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.  Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
 
 
 
 
 
 
 
Keçidlər