Pirallahı rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
06 sentyabr 2013 | 10:00
2013-cü il sentyabr ayının 4-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Aparatında rayon sakinlərinin növbəti qəbulu təşkil edildi. Qəbulu Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov keçirdi. Qəbula gələnləri salamlayan İcra başçısı vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü əsas strateji xətt dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsidir. Pirallahı rayonunda görülən abadlıq-quruculuq işlərindən ətraflı bəhs edən İcra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri şəhid ailəsi Həqiqət Ağakişiyeva, Aynurə Cəlilova, Hüseyn Ağayev, Səlimə Kərimova, Rasimə Dadaşova, Esmira Bayramova, Artyom Sivoxin, Zaur Abdullayev, Rafiq Yediyarov və başqaları, ümumilikdə 20 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən sənədsiz tikililərlə əlaqədar, qəyyumluq, bələdiyyə torpaq sahələri, işlə təminat, yardım, kommunal borclar və digər məsələləri əhatə etmişdir.
Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin MKTB-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.