Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər günü münasibətilə rayonumuzda humanitar aksiyalar keçirilir

03 dekabr 2018 | 11:00
    3 dekabr Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reablitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reablitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır. Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Fondun "Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi çərçivəsində zəif görən uşaqlar üçün respublika internat məktəbində gördüyü işlər Mehriban Əliyevanın bu qəbildən olan insanlara qayğısının göstəricisidir.
      Respublikamızın bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə humanitar aksiyalar keçirilir. Pirallahı rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə  səmimi əhval-ruhiyyədə keçirilən aksiyalar zamanı rayon ərazisində yaşayan bir qrup əlil sakinlər evlərində ziyarət olundu və onlara ərzaq yardımları verildi. Yardım alan ailə üzvləri hər zaman onlara mənəvi dayaq olan ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.
 
 
 
Keçidlər