Rayonumuzda payız-qış mövsümünə hazırlığın yekunları müzakirə olundu
12 dekabr 2018 | 11:00
Dekabrın 11-də Pirallahı rayon təsərrüfatlarının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar təbdir keçirildi. Tədbirdə Pirallahı Rayon icra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov və Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, ictimaiyyət nümayəndələri, kommunal xidmət təşkilatlarının rəhbərləri, təhsil, səhiyyə, həmçinin digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər. Tədbirdə rayon təsərrüfatının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb.
Tədbiri Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov açaraq dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və tərəqqisi naminə həyata keçirilən köklü islahatlar, geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıb, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Qeyd olunub ki, mövsümə hazırlıqla əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda, rayonun idarə və müəssisələrində, kommunal xidmət təşkilatlarında da mövsümə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb.
Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı diqqətə çatdırılıb, hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayondakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.
Tədbirdə, həmçinin rayonda yaşayış binalarının dam örtüklərinin, blokların təmiri, abadlıq işlərinin həyata keçirilməsi, sakinlərin istifadəsi üçün yeni abad məhəllələrin yaradılması ilə bağlı məsələlərə toxunulub, eyni zamanda, payız-qış mövsümündə baş verə biləcək fövqəladə hallara qarşı preventiv tədbirlərin həyata keçirilməsi, yaşayış və qeyri-yaşayış obyektlərində istiliklə bağlı problemlərin, ümumiyyətlə, yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və digər bu kimi məsələlər müzakirə olunub, onların həlli və bütün bu işlərə digər qurumlarla əlaqəli surətdə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Rayon sakinlərinin rahatlığının təmini məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyi vurğulanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov, Ayaz Hüseynov və Bakı şəhər MKTD-nin rəisi Rəfail Mehralıyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri işlərin həyata keçirilməsinin, görüləcək işlərə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda bütün təsərrüfat xidmətlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin BŞİH-də bu istiqamətdə fəaliyyət göstərən qərargahla əlaqəli şəkildə, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq görülməsinin məqsədəuğunluğu barədə tövsiyə və tapşırıqları diqqətə çatdırılıb.
Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov və 9 saylı “Yol İstismarı” MMC-nin direktoru Baxarəddin Rəsulov çıxış edərək 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat verdilər.
Çıxışlardan sonra müşavirəyə yekun vuruldu.