Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığna qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

20 dekabr 2018 | 11:00
     Dekabrın 19-da Pirallahı Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin nümayəndələri, müəllim heyəti və məktəblilər iştirak etdilər.
    Pirallahı rayon QAC-nin sədri Təranə İskəndərova təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirilmişdir ki, hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik islahatları uğurla davam etdirilməkdədir. Həmin islahatın məntiqi nəticəsi kimi, bir sıra qanunlarla yanaşı 22 iyun 2010-cu il tarixdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edən və tənzimləyən mühüm bir qanun – Məişət zorakılığının qarşısının alınması haqqında Qanun qəbul edilmişdir.
      Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır və məktəblilərə bukletlər paylanılmışdır.
 
Keçidlər