Şriftin ölçüsü :

Saytın rəngi :

“Pirallahı Rayon İcra Hakimiyyətinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirləri planı”na uyğun olaraq toplantı keçirildi

26 dekabr 2018 | 11:00
   “Pirallahı Rayon İcra Hakimiyyətinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirləri planı”na uyğun olaraq 2018-ci ilin yekunları, 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı toplantı keçirildi. Toplantıda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzin rəis müavini Kamil Bağırov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, FHN-nin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, sənaye müəssisələrinin, təhsil, səhiyyə və xidmət sahələrinin nümayəndələri iştirak etdilər.
   Vəzir Səfixanov qonaqları və iştirakçıları salamlayaraq mülki müdafiənin əhəmiyyətindən, görülən işlər və  bu sahəyə dövlət qayğısından danışdı. Natiq qeyd etdi ki, rayonda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunmaya dair biliklərin təbliği, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin hazırlığının təmin edilməsi işi daim diqqət mərkəzində saxlanılır.
   Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzin rəis müavini Kamil Bağırov mülki müdafiə ilə bağlı görüləcək işlərlə bağlı tədbir iştirakçılarına öz tövsiyələrini verdi.
   Toplantıda Bakı Regional Mərkəzinin Pirallahı rayonu üzrə Bakı Regional Mərkəzin Xəzər və Pirallahı Rayon Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev “Pirallahı rayonu üzrə mülki müdafiənin vəziyyəti”, Bakı Regional Mərkəzinin Əhalinin xəbərdarlığının təşkili şöbəsinin rəisi Vüqar Əliyev “Rayonda xəbərdarlıq sistemlərinin mövcud vəziyyəti”, Bakı Regional Mərkəzinin Əhalinin və ərazilərin mühəndis mühafizəsi şöbəsinin baş məsləhətçisi Elnur Sadıqov “Rayonda mühəndis mühafizəsinin mövcud vəziyyəti”, Bakı Regional Mərkəzinin Əhalinin və ərazilərin radiasiya, kimya və tibbi-bioloji mühafizəsi şöbəsinin rəisi cənab Fuad Abdurəşidov “Rayonda kimyəvi mühafizənin mövcud vəziyyəti” haqqında çıxışlar etdilər, mövzularla bağlı videoçarxlar nümayiş olundu.
   “Mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər” haqqında Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Cəlil Mirzəyev,  obyektlərdə mülki müdafiənin təşkili ilə bağlı “Abşeronneft” NQÇİ-nin baş mühəndisi İman İsmayılov və 5 saylı Texnoloji Nəqliyyat Departamentinin baş mühəndisi Rafiq Muradov məlumat verdilər.
   Tədbirin sonunda iştirakçıların suallar cavablandırıldı.
 
 
Keçidlər