"Doğru addım at!"adlı viktorina keçirildi
27 dekabr 2018 | 11:00
“Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” nın 13.9.4-cü bəndində təhsil və tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə 243 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə 8-9 siniflər üzrə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə istiqamətində maarifləndirmə məqsədilə "Doğru addım at!"adlı viktorina keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin nümayəndələri, müəllim heyəti və məktəblilər iştirak etdilər.
Tədbirdə qeyd edildi ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Respublikamızda 2008-2009, 2009-2014 illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixdə imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” Azərbaycanda bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını nümayiş etdirir.