Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə humanitar aksiyalar keçirilir

30 dekabr 2018 | 11:00
     31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə silsilə humanitar aksiyalar keçirilir. Dekabrın 29-da şəhid ailələri, Qarabağ müharibəsi veteranları, tənha, kimsəsiz insanlarla görüş keçirildi.
    Tədbir zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.
     Sonda qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı. Yardım alan ailə üzvləri hər zaman onlara mənəvi dayaq olan xeyriyyəçi insanlara öz dərin minnətdarlıqlarını bildirdilər.
     Qeyd edək ki, əlil ailələrə və sağlamlıq imkanları məhdud olan insanlara verilən ərzaq məhsulları evlərinə çatdırıldı.
 
Keçidlər