Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirildi

05 yanvar 2019 | 11:00
     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonumuzda maarifləndirici tədbir keçirildi. Tədbirdə RİH əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar, müəllimələr və gənclər iştirak etdilər.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ziyad Məmmədbəyli qeyd etdi ki, Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəliləyir. Ölkəmizdə demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurulduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşmasına xidmət etməlidir. Azərbaycanlı milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilməklə, müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil etdiyini vurğulayıb.
     Məruzə ətrafında Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusibov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət göstərməsindən danışdı. Natiq bildirdi ki, gənclərin tərbiyəsində mənəvi  dəyərlərin doğru şəkildə təbliğ edilməsi müasir dövrün ən aktual problemlərindən biridir. Mənəvi dəyərlər uzun illərin nəticəsində əldə olunan bir sərvətdir.
    Pirallahı qəsəbə məscidinin imamı Elçin Baxşıyev çıxışında keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğuladı.
     Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər