Dəniz akvatoriyasında ilk svaylar vuruldu
11 sentyabr 2013 | 10:00
Xəbər verdiyimiz kimi “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində hazırda əsas işlər sahil zolağında görülsə də inşaatçılar artıq dəniz akvatoriyasında da layihənin icrasına start vermişlər. Belə ki, limanın dənizdəki bənd hissəsinin bud daşları və daş karxanasından daşınan torpaqla doldurulmasının ardınca estakada tipli körpünün də 20 metrlik hissəsinin doldurulması yekunlaşmışdır və damba tipli dalğaqıranın svaylarının vurulmasına başlanmışdır. Bu günə artıq 32 ədəd svay vurulmuşdur. Eyni zamanda sahil zolağında torpaqlama və ərazinin hamarlanması işləri yerinə yetirilir. Yaxın vaxtlarda bu hissədə də damba tipli dalğaqıranın tikintisinə başlamaq nəzərdə tutulmuşdur. Ardınca burada da estakada tipli körpü inşa ediləcəkdir. Sahil zolağındakı işlərdən danışarkən qeyd edilməlidir ki, inzibati binanın bünövrə çalasının qazılmasından sonra hazırda lentvari bünövrənin armaturdan karkası yığılıb, sütunlar qaldırılır, beton tökmə işlərinə hazırlıq görülür. İkinci mərtəbənin bağlanması başa çatan kimi beton tökülməsinə start veriləcəkdir. Ərazidə artıq qolunun uzunluğu 42 metr olan kran da quraşdırılıb. “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün də bütün tədbirlər görülüb və inşaatçılar yaradılmış əlverişli əmək və məişət şəraitinə görə razılıqlarını bildirirlər.
Pirallahı qəsəbəsində “Azəristilik” MMC tərəfindən aparılan əsaslı təmir və tikinti işləri Süleyman Bağırov küçəsində və 28-ci məhəllədə qazanxana tikintisi və
kommunikasiyaların yenilənməsi ilə davam edir. Betonzavodunun tikintisində, “Abad məhəllə-1”in birinci və ikinci binasının inşasında, məhəllələrdə daxili su xətlərinin yenidən çəkilməsində, kanalizasiya sisteminin yenidən qurulmasında, Süleyman Bağırov küçəsindəki gölün qurudulmasında, K.Rzayev küçəsində, 40-cı və 29-cu məhəllələrdəki “xeyir-şər evləri”ndə, 10 saylı BŞX-nın əsaslı təmirində, Pirallahını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində işlər qrafik üzrə davam edir.
İnzibati mərkəzdə Rayon Polis şöbəsi binasının tikintisi və qurudulmuş gölün yerinin torpaqla doldurulması işləri gedir. Eyni zamanda “Şəhidlər abidəsi” kompleksinin yeni layihəsi üzrə işlər 168 və 235 N-li məktəblərin arasında yeni bordyurların düzülməsi ilə davam edir. Əsas magistral küçə boyu ağaclar budanır, yolun kənarlarına torpaq tökülərək qazon əkilməsinə hazırlıq görülür.