Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
11 yanvar 2019 | 11:00
Yanvarın 11-də Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin Mədəniyyət evində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəsi İlham İbrahimov 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. İ.İbrahimov bildirdi ki, Çilov qəsəbə nümayəndəliyi öz işini 2018-ci il üçün Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı cənab Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı.
İlham İbrahimov bildirdi ki, qəsəbə nümayəndəliyi il ərzində gördüyü işləri “28 May” NQÇİ-nin Mənzil Kommunal İstismar sahəsinin və bələdiyyənin köməkliyi ilə yerinə yetirmişdir. Belə ki, 2018-ci il ərzində qəsəbə əhalisinə su, qaz və elektrik enerjisinin fasiləsiz verilməsi təmin olunmuş, kommunal xidmətlərə görə ödənişlərin vaxtında yerinə yetirilməsi daim nəzarətdə saxlanılmışdır. Kommunal xidmətlərin ödənişində çətinliyi olan aztəminatlı və imkansız ailələr ilə də ödəniş edilməsi barədə vaxtaşırı maarifləndirici söhbətlər aparılmışdır. Qəsəbədə məskunlaşan qaçqın və məcburi köçkün ailələri, yaşlı və köməyə ehtiyacı olan sakinlər mütəmadi olaraq diqqət mərkəzində saxlanılmış, onların çətinlikləri, problemləri hərtərəfli araşdırılmış, imkan daxilində onlara köməklik göstərilmişdir. Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Gənclərin asudə vaxtının səmərəli təşkili üçün “28 May” NQÇİ-nin futbol meydançasında idman yarışları keçirilmiş, yay mövsümündə dəniz kənarında çimərliklər təşkil edilmişdir.
Natiq görülən işlərdə Pirallahı RİH başçısı Vasif İmanovun və “28 May” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır. Qeyd edildi ki, nümayəndəlikdə 2018-ci il ərzində RİH- dən və digər aidiyyəti orqanlardan 10 sənəd daxil olmuş, 35 məktub göndərilmiş, 5 yazılı ərizə və şikayət daxil olmuşdur. Daxil olan hər bir sənədə vaxtında cavab verilmişdir. 2018-ci il ərzində 75 Forma 2 arayış verilib. Hərbi komissarlığa arayış verilməyib, sakinlərə isə yaşayış yerindən 463 nəfərə arayış verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. İsmayıl Əliyev ötən il rayonda aparılan işlər və gələcəkdə reallaşacaq layihələr haqqında ətraflı məlumat verərək bildirdi ki, RİH tərəfindən görülən işlər gələcəkdə Çilov qəsəbəsinin də nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsinə əlverişli şərait yaradacaqdır.
“28 May” NQÇİ-nin baş geoloqu Natiq Osmanov, 131 nömrəli tam orta məktəbin müəllimi Neymət Alıyev, Çilov Ağsaqqallar şurasının üzvü Zirəddin Kərimov, qəsəbə sakini Gülpəri Əhmədova dinlənilən hesabata münasibət bildirdilər. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı.
Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsi qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.