Şriftin ölçüsü :

Saytın rəngi :

Kəskin hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Komissiyasının növbəti iclası keçirildi

16 yanvar 2019 | 11:00
     Yanvarın 16-da Pirallahı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Komissiyasının üzvləri  və Mülki Müdafiə qüvvələrinin  iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun müvafiq struktur vahidlərinin rəhbərləri iştirak etdilər.
     Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verdi və diqqətə çatdırdı ki, ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 25 -40 m/s-dək şiddətlənəcəyi gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi, yanvar ayının 17-dən 18-ə keçən gecə şəhər ətrafı ərazilərin buz bağlama ehtimalı var. Qeyd edildi ki, baş verə biləcək təbii fəlakətlərin nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və qurumlarda təhlükəsizliyin və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun müvafiq sərəncamları ilə rayon Fövqəladə Hallar Komissiyası, mülkü müdafiə xidmətləri və mülkü müdafiə qüvvələri yaradılmışdır. Hazırda rayon ərazisində sürətlə tikinti, abadlıq-quruculuq işləri aparılır, yeni müəssisələr, hündürmərtəbəli yaşayış binaları inşa olunur və rayon günü-gündən müasirləşir. Bununla bağlı qeyri sabit hava şəraiti ilə əlaqədar rayon ərazisində təhlükəsizliklə bağlı normalara əsasən, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin təhlükəsizliyinə nəzarət edilməsi komissiya üzvlərinə tapşırıldı.
     Tədbirdə rayonun Fövqəladə Hallar Komissiyasının, yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsinin təmin etmək üçün Xəzər  Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulandı, həmçinin gələcəkdə bu cür əməkdaşlığın daha da məqsədəmüvafiq formada davam etdiriləcəyinə əminlik ifadə olundu.

     Kəskin hava şəraiti ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətində operativ qərargah yaradıldı.
     Rayon üzrə Təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargaha müraciət oluna bilər.


     Pirallahı Rayon İcra Hakimiyyəti
         Qaynar xətt: 012 556-59-42 ; 012 556-59-36

Keçidlər