Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda qəsəbədaxili küçələr asfaltlanır

08 fevral 2019 | 11:00
    Pirallahı rayonunda yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Tikinti işləri çərçivəsində Gürgən qəsəbəsində qəsəbədaxili küçələrin yenidən qurulması nəzərdə tutulub.  Yenidənqurma işləri ilkin mərhələdə 2 km-dən artıq yolları əhatə edir. Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə 12 sm-lik iri və xırda asfalt-beton qarışığından yeni yol örtüyü salınacaq. Yol boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkilərinin inşası da layihədə nəzərdə tutulmuş işlərdəndir. Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək. Təmir-tikinti işlərinin qısa bir müddət ərzində yekunlaşması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
    Bununla yanaşı, Pirallahı qəsəbəsində məhəllədaxili yolların təmir-bərpa işləri aparılır. Ay ərzində,ərzində K. Rzayev küçəsində 2100.00 m², Y. Əliyev küçəsində 230.00 m², Gürgən qəsəbəsində 125.00 m², Pirallahı qəsəbə yolundan Zirə qəsəbəsinə gedən yolda 325.00  m² asfalt-beton örtüyü  təmir olunmuşdur. Həmçinin K. Rzayev küçəsində 208 p/m beton səki daşı bərpa olunmuşdur.
 
 
 
 
Keçidlər