Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının tapşırığına uyğun olaraq rayonumuzda əhalinin tibbi müayinəsinə start verildi

12 fevral 2019 | 11:00
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Pirallahı rayonunda da uğurla aparılır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətində aidiyyatı qurum nümayəndələrindən ibarət komissiya yaradılıb, işçi qrupu təsdiqlənib və qrafik tərtib olunub. Qrafik əsasında Pirallahı qəsəbəsində yerləşən 10 saylı,  eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanalarının və Neft Daşlarında yerləşən tibb məntəqəsinin  tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 11-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Həmçinin səyyar həkim briqadaları hər gün müvafiq sahələr üzrə müayinələr aparır. Yaşlı insanların evlərində tibbi müayinədən keçirilməsi üçün bütün lazımı tədbirlər görülüb.
   Müayinədən keçən rayon sakinləri onların sağlamlığına göstərilən qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, əhalinin tibbi müayinədən keçirilməsi mayın 1-dək davam edəcək.
 
Keçidlər