Təhsildə nailiyyət əldə edən müəllimlər və şagirdlər mükafatlandırıldı
13 sentyabr 2013 | 10:00
Hər bir xalqın mənəvi həyatını onun ədəbiyyatı və mətbuatı ilə bərabər maarifi və təhsili də əks etdirir. Bu mənada çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan təhsili xalqımızın ən böyük mənəvi sərvətlərindən biridir desək, əlbəttə ki, yanılmarıq. Müəllim, pedaqoq adı bizdə həmişə böyük hörmətlə çəkilib. Azərbaycanda təhsilin inkişaf səviyyəsi daim o qədər yüksək olub ki, o, Yaxın Şərqdə və bütövlükdə Avrasiya məkanında təhsilin, o cümlədən dünyəvi təhsilin inkişafına da önəmli töhfələr vermişdir. Sevindirici haldır ki, Pirallahı rayonunun təhsil işçiləri də uzun illərdir böyüməkdə olan nəslin milli, vətənpərvər ruhda tərbiyə alması, savadlı, intellektual gənclər kimi yetişməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Bu ildən yeni yaranmış Pirallahı rayon İcra Hakimiyyəti də rayonun təhsil sisteminin inkişafına öz töhfəsini verir, əlindən gələn köməyi göstərməyə çalışır.
Sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, 2012-2013-cü tədris ilinin yekunlarına və 2013-2014-cü tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin ilk toplantısı keçirildi. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutan tədbirdə Pirallahı rayon orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himninin ifasından sonra söz Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanova verildi.
Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi. İl ərzində rayon təhsilinin qazandığı uğurlardan, çatışmamazlıqlardan danışan natiq bildirdi ki, Pirallahı rayonu tam orta məktəblərinin ötən tədris ilindəki nailiyyətləri barədə danışarkən ilk növbədə 168 №-li məktəbi qeyd etmək lazımdır. 2011/2012-ci tədris ilində bu məktəbdən 19 nəfər ali təhsil ocaqlarına qəbul olunmuş, qəbul faizi: məktəbi bitirənlərə nisbətdə - otuz yeddi faiz, sənəd verənlərə görə - qırx beş tam iyirmi üç faiz olmuşdur. 2012/2013-cü tədris ilində isə ali məktəblərə 36 nəfər qəbul olunmuş, qəbul faizi: məktəbi bitirənlərə nisbətdə - altmış faiz, sənəd verənlərə görə - altmış yeddi tam doxsan iki faiz olmuşdur. Ötən illə müqayisədə ali məktəblərə qəbul məktəbi bitirənlərə nisbətdə iyirmi üç faiz, sənəd verənlərə nisbətdə iyirmi iki tam altmış doqquz faiz artmışdır. Qəbul olunanlardan 28-i Dövlət ali məktəblərinə daxil olmuşlar. Qəbulun keyfiyyət göstəricisi də artmışdır - ötən il 500-dən çox bal toplayan 1, bu il isə 6 nəfər olmuş, o cümlədən 1 nəfər 600-dən yuxarı bal toplamışdır.
Çilov adasında fəaliyyət göstərən 131 №-li məktəb də yaxşı nəticə göstərmişdir. Bu təhsil ocağında 2012/2013-cü tədris ilində qəbul faizi: məktəbi bitirənlərə nisbətdə - altmış iki tam 5 faiz, sənəd verənlərə görə - yetmiş bir faiz olmuşdur. Ötən illə müqayisədə ali məktəblərə qəbul məktəbi bitirənlərə nisbətdə - otuz iki tam beş faiz, sənəd verənlərə görə - iyirmi doqquz faiz artmışdır. Biz, rayon rəhbərliyi olaraq, ümumilikdə yerdə qalan məktəblərin kollektivlərinin işindən razı qala bilmərik, deyən V.Səfixanov növbəti illərdə gənclərin hərbi təhsil verən məktəblərə istiqamətləndirilməsi işində irəliləyiş əldə ediləcəyinə, eləcə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün xaricə göndərilən tələbələrin arasında Pirallahı rayonunun təmsilçilərinin olacağına ümid ifadə etdi.
Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi, Pirallahı rayonu üzrə kurator Əfqan İsgəndərov, 168 №-li orta məktəbin direktoru Şakir Mikayılov, həmin məktəbin dil-ədəbiyyat müəllimi Sevda Alxasova, ali məktəblərə qəbulda ən yüksək bal toplamış abituriyent Səriyyə Zeynalova, qəbul imtahanlarında 544 bal toplamış Əliyeva Aygünün valideyni Afət xanım və başqaları Ümummilli Liderin təhsillə bağlı siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin hərtərəfli tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğulamışlar. Pirallahı rayon İcra Hakimiyyətinin rayonda təhsilin inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmişdir.
Cıxışlardan sonra yuksək bal toplamış 6 nəfər abituriyentin və şagirdlərinin yüksək bilik əldə etməsində zəhməti olmuş müəllimlərin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanlarla mükafatlandırılması mərasimi keçirilmişdir. Artıq tələbə adı qazanmış Zeynalova Səriyyə Azər qızı (BDU, 605 bal), Bünyatov Kamran Tərlan oğlu (ADNA, 580 bal), Əliyeva Aygün Elzar qızı (BDU, 544 bal), Hüseynov Səddam Emil oğlu (ADNA, 540 bal), Budaqova Ülkər Vidadi qızı (BDU, 537 bal) və İbrahimova Mətanət Asiq qızına (BDU, 522 bal) Fəxri fərman və mükafat təqdim edildi. 168 №-li orta məktəbin pedaqoji kollektivinin 7 nəfər üzvü, eləcə də digər məktəblərin fərqlənən müəllimlərinin əməyi də Fəxri fərmanlarla qeyd olundu. Tədbirə yekun vuran V.Səfixanov ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü" münasibəti ilə toplantı iştirakçılarını təbrik etdi, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması işində hər bir kəsə uğurlar arzuladı.