Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
28 fevral 2019 | 11:00
Fevralın 28-də Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun idarə, müəssisə, təşkilatlarının təmsilçiləri, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq yanvarın 11-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası və fevralın 25-də Prezident yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirildiyini nəzərə çatdırdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir. V.İmanov diqqətə çatdırıldı ki, ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verdi. RİH-nin başçısı çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının tikintisi davam etdirilir. Növbəti mərhələdə inşa olunan biri 6, dördü 7, biri 9 mərtəbəli olmaqla ümumilikdə 9 girişli, 141 mənzilli 6 ədəd yaşayış binasının dəmir-beton karkasının qurulması və betonlanması işləri davam etdirilir. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzində işləri davam etdirilir, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının inzibati binasının inşası başa çatdırılaraq istismara verilmişdir. Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Heydər Əliyev mərkəzi park kompleksində işlər davam etdirilmişdir. Pirallahı qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 235 nömrəli orta məktəbdə təmir işlər tamamlanmışdır. Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən 2, 8, 10, 20 nömrəli 5 mərtəbəli, S.Murtuzəliyev küçəsində 8, 14 nömrəli iki mərtəbəli yaşayış binalarında blokların daxilinin təmiri işləri aparılmışdır. 29-cu məhəllədə əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün “Ət kəsimi” məntəqəsinin tikinti-quraşdırma işləri tamamlanmış, məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 3 ədəd 9 mərtəbəli yaşayış binasının, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir. Hesabat dövründə Kamil Rzayev küçəsində 2880.7 m², Yavər Əliyev küçəsində 7694.83 m² , küçənin səki hissəsində isə 2319.00 m², 28-ci məhəllədə 6292.44 m², 40-cı məhəllədə 4150.0 m², S.Murtuzəliyev küçəsində 250.00 m², Pirallahı qəsəbəsinə gedən yoldan Zirə qəsəbəsinə gedən yol boyunca 370 m² asfalt-beton örtüyü təmir olunmuşdur. Həmçinin 2018-ci il ərzində Pirallahı qəsəbəsinə gedən yoldan Zirə qəsəbəsinə gedən yol boyunca 800.0 pm, Səməd Vurğun küçəsində 3400.0 pm, Kamil Rzayev küçəsində 2155.0 pm, 40-cı məhəllədə 710.0 pm, Fioletov küçəsində 45.0 pm, Qala yol ayrıcından Pirallahı qəsəbəsinə gedən yol boyunca 600.0 pm səki daşları düzülmüşdür. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə “Abad məhəllə” layihəsi çərçivəsində binaların həyətləri qanunsuz tikililərdən təmizlənərək abadlaşdırılır, sakinlərin istirahəti üçün şərait yaradılır.
Həmçinin natiq bildirdi ki, rayonumuzda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Şpris istehsalı zavodu yaxın vaxtlarda istifadəyə veriləcək. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur. “Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermaların dam örtüyünün quraşdırılması və hovuzların dəmir-beton konstruksiya işləri tamamlanmışdır. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 kvadrat metr, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov diqqətə çatdırdı ki, hesabat dövrü 6000-ə qədər zeytun ağacı əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır. Bundan əlavə 28-ci məhəllədə yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisinin abadlaşdırılması ilə əlaqədar 1350 kvadrat metr qazon örtüyü əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, suvarılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır.
Hesabat ətrafında çıxış edən Sumqayıt Sənaye Parkının direktor müavini Fuad Pənahov, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı.
Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.
Daha sonra ötən il ərzində sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup rayon sakinin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi.
Hesabat yığıncağı iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. Pirallahı rayonunda həyata keçirilən genişmiqyaslı işlər, reallaşan müxtəlif məzmunlu proqramlar bizə inamla onu deməyə əsas verir ki, 2019-ci il rayonumuzda yeni nailiyyətlərlə yadda qalacaq və müvəffəqiyyətlə başa çatacaqdır. Bu məqsədlə Pirallahı sakinləri ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurla icra edilməsi istiqamətində bu gün var qüvvə ilə çalışırlar. Pirallahılılar əmin edirlər ki, möhtərəm Prezidentin qarşıya qoyduğu məqsədlərə nail olacaqlar və rayonumuz Bakı şəhəri üzrə birincilər sırasına çıxacaqdır.