Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda satış yarmarkası təşkil olunub

11 mart 2019 | 11:00
    Novruz bayramı ərəfəsində Pirallahı rayonunda satış yarmarkası təşkil olunub. Yarmarkanın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılmasıdır. Yarmarkaya, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılıb. Əhalinin rahat şəkildə alış-verişini təmin etmək məqsədilə burada lazımı şərait yaradılıb.  Küçə ticarətinin qarşısının alınması, sui-istifadə hallarının aradan qaldırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Bununla yanaşı keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məsələlərinə də tam ciddi nəzarət olunur.
    Yarmarkanın məhsulları əsasən Kürdəmir, Yardımlı, Quba, Qusar, Salyan, Şabran, Lənkəran, Astara, Oğuz, Gədəbəy və digər rayonlardan gətirilib və onlar bazar qiymətlərindən 20-40 faiz ucuz satılır.
    Qeyd edək ki, yarmarka mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 14 nömrəli evin qarşısında təşkil olunacaq.
 
 
Keçidlər