Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində “Açıq mikrofon” adlı tədbir keçirildi

11 mart 2019 | 11:00
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Pirallahı qəsəbəsinin sakinləri ilə görüşü olub. Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, ağsaqqallar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi ilə yanaşı digər sahələrdə əldə olunan nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı. Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə danışan icra başçısı bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.
     “Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən pirallahılılar  onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə  minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
     Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı, həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.
 
 
Keçidlər