Pirallahı rayonunda tibbi müayinə uğurla davam etdirilir
15 mart 2019 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Pirallahı rayonunda da uğurla aparılır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətində aidiyyatı qurum nümayəndələrindən ibarət komissiya yaradılıb, işçi qrupu təsdiqlənib və qrafik tərtib olunub. Qrafik əsasında Pirallahı qəsəbəsində yerləşən 10 saylı, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanalarının və Neft Daşlarında yerləşən tibb məntəqəsinin tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 11-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Həmçinin səyyar həkim briqadaları hər gün müvafiq sahələr üzrə müayinələr aparır. Yaşlı insanların evlərində tibbi müayinədən keçirilməsi üçün bütün lazımı tədbirlər görülüb.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirdi ki, 15 mart tarixinə olan məlumata əsasən Pirallahı rayonunun 20 500 nəfər əhalisindən 6 745 nəfəri tibbi müayinədən keçib. Xəstəlik aşkarlanmış 486 nəfər ambulator müalicəyə qəbul olunmuş, 54 nəfər stasionara yerləşdirilmiş, 49 nəfər isə ixtisaslaşmış tibb müəssisələrə müalicəyə göndərilmişdir.
Pirallahı qəsəbə sakini Səkinə Əliyeva, Çilov qəsəbə sakini Vüsal Kərimov və başqaları onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu humanist aksiyanı yüksək qiymətləndirdilər, dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcək.