Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi
18 mart 2019 | 11:00
“Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin 25 yanvar 2019-cu il tarixli 39 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq mart ayının 6-dan etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, müxtəlif növ ağaclar əkilmişdir. Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılmış, avtobus dayanacaqlarına və mağaza vitrinlərinə Novruzun gəlişini əks etdirən plakatlar vurulmuş, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Pirallahı rayonunun bütün təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli nəğmə və deyimlər, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır. Həmçinin Novruz bayramı münasibətilə Rayon İcra Hakimiyyəti və Qazıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsi tərəfindən aztəminatlı sakinlərə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə, ümumilikdə iki yüzə yaxın ailəyə bayram sovqatı paylanıldı.
Silsilə tədbirlər 18 mart 2019-cu il tarixdə Pirallahı qəsəbəsində yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında bayram tədbiri ilə yekunlaşdı. Mədəniyyət Mərkəzinin mini-parkına daxil olan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkili Rauf Əliyevi və digər qonaqları milli geyimli oğlan və qızlar bayram xonçası və səməni ilə qarşıladılar. Bahar qız, Kosa və Keçəl bayram tədbirinə xüsusi rəng verdilər. Meydanın digər tərəfində isə Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, 4 nömrəli Uşaq-Gənclər İnkişaf və V.Mustafazadə adına Mədəniyyət Mərkəzlərinin öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı.
Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov əziz bayram haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.
Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Diqqətə çatdırıldı ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir. V.İmanov diqqətə çatdırıldı ki, ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olunması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona, Bakı şəhəri üzrə birincilərdən birinə çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladı.
Millət vəkili Rauf Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın əsrlərdən bəri qorunub saxlanıldığı və bütün dövrlərdə həmişə əziz və dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu bildirdi.
Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam etdi. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.