“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya başa çatdı
27 mart 2019 | 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Pirallahı məktəbliləri martın 26-da geri döndülər.
Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ümummilli Liderə məxsus geyim və şəxsi əşyalara baxıblar. Pirallahı məktəblilərinin həmçinin Gənclər Mərkəzinə, Dövlət Bayrağı Muzeyinə, Naxçıvan Dövlət Universitetinə, bir sıra orta məktəblərə, Naxçıvan Biznes Mərkəzinə və tarixi abidələrə ziyarəti təşkil olunub. Məktəblilər Naxçıvan Dövlət Xalça Muzeyi ,“Xan Sarayı” Dövlət Tarix-Memarlıq abidəsi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olub, onlar haqqında ətraflı məlumat alıblar. Sonra iştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olublar.
Tur-aksiya zamanı məktəblilər Naxçıvan, Ordubad şəhərlərinin, Culfa, Şahbuz rayonlarının tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikasına 4 günlük səfər edən rayon məktəblilərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov və RİH-nin məsul əməkdaşları qarşıladılar. Gənclər layihə barədə xoş təəssüratlarını bölüşdülər. Məktəblilər bu tur çərçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını və bunun üçün də cənab Prezidentə öz təşəkkürlərini bildirdilər.