Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi qeyd olundu

28 mart 2019 | 11:00
    Martın 28-də Pirallahı Rayon İcra Hakimiyyətinin binasında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib. Pirallahı Rayon İcra Hakimiyyətinin, DTX-nın Xəzər rayon idarəsi Pirallahı ərazi bölməsinin əməkdaşları, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.
    Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Dövlət Təhlükəsizliyi Xidmətinin rolu əvəzedilməzdir.Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində dinamik inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir. Vurğulanıb ki, xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanmasında və qarşısının alınmasında, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.
    DTX-nin Xəzər rayon idarəsi Pirallahı ərazi bölməsinin rəisi Qədim Qasımov çıxışında Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan danışdı. Qeyd edildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub. Q.Qasımov qeyd edib ki, müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə əsaslanan sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradıb.
     Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
 
 
 
 
Keçidlər