Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda təmizlik və məişət tullantıları ilə bağlı müşavirə keçirildi

29 mart 2019 | 11:00
     Martın 29-da Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanovun  sədrliyi ilə rayonda “Sanitar təmizlik və məişət tullantıları” mövzusunda operativ müşavirə keçirildi. Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ramiz Quliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, sahə inzibati dairələr üzrə başçının nümayəndələri, qəsəbə bələdiyyəsinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, mənzil istismar və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
    Müşavirəni giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov martın 26-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi  müşavirə  keçirildiyini nəzərə çatdırdı. Qeyd edildi ki, həmin müşavirədə elan olunmuş "Təmizlik aylığı" çərçivəsində və rayonun sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən işçi qrup yaradılıb. İşçi qrupun keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunub, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatçılıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu bildirilmişdir. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən foto materiallar nümayiş etdirildi, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildı və məsələ ciddi nəzarətə götürüldü.
     Vasif İmanov  qəbul edilmiş  “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” ilə bağlı rayonun texniki imkanlarından səmərəli istifadə olunaraq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, sanitar normalara riayət edilməsi və digər zəruri tədbirlərin daha ciddi şəkildə davam etdirlməsi  istiqamətində işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verdi.
Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ramiz Quliyev, Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov, 51 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin rəisi Ceyhun Vəliyev, RİH başçısı Aparatında Hüquq şöbəsinin müdiri Samir Hüseynov, Pirallahı Rayon Polis şöbəsinin rəis müavini Fəxrəddin Babayev görülmüş işlər barədə məlumat verərək bir sıra təkliflər irəli sürdülər.
      Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, ayrı-ayrı xidmətlər tərəfindən aparılan qazıntı işlərindən sonra bərpa işlərinin diqqət mərkəzində saxlanılması,  yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmzilik işlərinin daim nəzarətdə saxlanılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 
 
 
Keçidlər