Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin III Konfransı keçirildi

04 aprel 2019 | 11:00

    04 aprel 2019-cu il tarixində Yeni Azərbaycan  Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin III Konfransı keçirildi.  YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin hesabat dövrü ərzində fəaliyyəti ilə bağlı video-çarxın nümayişindən sonra konfrans iştirakçılarını  salamlayan  YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. "Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Ölkəmizdə gənc nəslə qoyulan investisiya Azərbaycanın parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. YAP Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvən yeridir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Gənclərimiz hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Buna görə də biz gənclərimizə Azərbaycanın gələcəyi kimi böyük ümidlər bəsləyirik. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.
    Konfransın gündəliyi oxunduqdan sonra səsvermə yolu ilə təsdiq olundu. Gündəlikdə duran 1-ci məsələ YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Hesabat dövrü ərzində Hesabatının dinlənilməsi oldu. Hesabat çıxışı Konfrans nümayəndələri tərəfindən qənaətbəxş hesab olundu. Gündəlikdə duran 2-ci məsələ YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvlərinin, yeni sədr və sədr müavinlərinin seçilməsi oldu. Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhmədov Rüfət Elmar oğlu sədr, Həşimov Elturan Rauf oğlu və Qəribli Aysel Akif qızı səsvermə yolu ilə sədr müavinləri seçildilər.
    Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş sədr, sədr müavinləri və Şura üzvlərini təbrik edərək qeyd etdi ki, ölkəmizdə gənclərimizə göstərilən dəstək və diqqət gənclərimizin öz gücünə,istedadına inam hissini artirib.  Bu gün Azərbaycan gəncliyi istər daxili, istər xarici siyasət aparmağı bacarir ve ölkə başçısının yaratdığı şəraitdən faydalanırlar.
    Millət vəkili Tahir Mirkişili respublikamızda gedən quruculuq işlərində gənclərin fəaliyyətindən, iqtisadiyyatımızın inkişafına verdilkəri töhfədən, ölkə başçısının yürütdüyü xarici və daxili siyasəti istər respublika. istərsə də xaricdə layiqincə təbliğ etdiklərini vurğuladı.
    Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli yeni seçilən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, sədr müavinlərini və Şura üzvlərini təbrik edərək  rayonun ictimai-siyasi həyatında YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin xüsusi rolu olduğunu qeyd etdi.
Konfrans  partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvlərin Fəxri Fərmanlarla təltif olunması  və partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.

 

Keçidlər