Rayonumuzda 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə tədbir keçirildi
07 aprel 2019 | 11:00
Respublikamızın 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və Yap Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Öncə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirildi. Aksiya zamanı Səməd Vurğun küçəsində 500-dən çox ağac və gül kolu əkilib, ərazidə təmizlik işləri aparılmış, ağaclara aqrotexniki qulluq göstərilib.
Sonra tədbir Pirallahı qəsəbəsində yerləşən “Uşaq Park”ında davam etdirildi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli iştirakçıları təbrik edərək bildirdi ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Qeyd edildi ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır. A. Hacıbəyli diqqətə çatdırıldı ki, ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olunması, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.
Sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış “Fleşmob” ilə davam etdi.