Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda 10 milyonuncu vətəndaşa həsr olunmuş ağacəkmə aksiyası keçirildi

08 aprel 2019 | 11:00
     Respublikamızın 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii sərvətlər nazirliyinin, “İDEA” İB-nin, Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun bir çox ərazilərində, o cümlədən Pirallahı qəsəbəsində 2000-dən artıq müxtəlif ağac növləri əkildi.  Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı,  idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər. Aksiya zamanı xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidildi və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alındı.
     Qeyd edək ki, RİH başçısının qərarı ilə elan olunmuş 28 mart - 28 aprel tarixləri arasında “Təmizlik ayı” çərçivəsində hər həftənin şənbə və bazar günləri iməcilik keçiriləcək.
 
Keçidlər