Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Milli-mənəvi, dini dəyərlərimizin qorunması və yeniyetmələrin psixoloji cəhətdən buna hazırlanması” mövzusunda tədbir keçirildi

19 aprel 2019 | 11:00
       Aprelin 18-də Pirallahıda “Milli-mənəvi, dini dəyərlərimizin qorunması və yeniyetmələrin  psixoloji cəhətdən buna hazırlanması” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə RİH əməkdaşları, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar, müəllimələr və gənclər iştirak etdilər.
         Tədbiri giriş sözü ilə açan 186 nömrəli tam orta məktəbin direktor müavini Həcər Ramazanova gənclərin yad təsirlərdən və xüsusilə radikalizm təhlükəsindən qorunması üçün keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, gənclərin dünyagörüşünün formalaşması və sadalanan təhlükələrdən qorunmaları üçün təhsil amilinin vacibliyini vurğuladı. 
       Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazova vurğuladı ki, Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəliləyir. Ölkəmizdə demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurulduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşmasına xidmət etməlidir. Azərbaycanlı milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilməklə, müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil etdiyi vurğulandı. İntellektli və sağlam gəncliyin formalaşması, gənclərin yad təsirlərdən uzaq qalması üçün hər kəsin, ilk növbədə müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyü xüsusi diqqətə çatdırıldı.
      Pirallahı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət göstərməsindən danışdı. Natiq bildirdi ki, gənclərin tərbiyəsində mənəvi  dəyərlərin doğru şəkildə təbliğ edilməsi müasir dövrün ən aktual problemlərindən biridir. Mənəvi dəyərlər uzun illərin nəticəsində əldə olunan bir sərvətdir.
      Daha sonra tədbirdə çıxış edən 231 saylı orta məktəbin psixoloqu Kübraya Əliyeva valideynlərlə, uşaqlarla maarifləndirici işin aparılmasının vacibliyi haqqında danışdı.
     Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
Keçidlər