Dəniz neftçiləri peşə bayramını qeyd etdilər
19 sentyabr 2013 | 10:00
Azərbaycanın şanlı neft-qaz sənayesi tarixən olduğu kimi bu gün də xalqımızın sosial-iqtisadi yüksəlişinin başlıca mənbəyini təşkil edir. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Sazişin imzalanması ölkəmizin müasir tarixində əsl dönüş nöqtəsinə çevrildi, bugünkü və gələcək inkişafın, tərəqqinin etibarlı təməlini qoydu. “Əsrin müqaviləsi”nin dövlətimiz və millətimiz üçün misilsiz əhəmiyyətini nəzərə alan ümummilli lider Heydər Əliyev 2001-ci ildə 20 sentyabrın Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd edilməsinə qərar verdi. Bu qərarla Ulu Öndər neftçilərin əməyinə verdiyi yüksək qiyməti bir daha nümayiş etdirdi. O vaxtdan Azərbaycan neft-qaz sənayesi əməkçiləri hər il bütün xalqımızla birlikdə bu möhtəşəm bayramı – “Neftçilər günü”nü böyük ruh yüksəkliyi ilə qeyd edir, bu günü onlara bəxş etmiş Ulu Öndərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
Pirallahı rayonunun neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar və qürur hissi ilə qarşılayırlar. Rayonda “Neftçilər günü” ilk olaraq sentyabrın 17-də Çilov qəsəbəsində “28 May” NQÇİ-nin dəniz neftçiləri tərəfindən qeyd edildi. Bayram tədbirini giriş sözü ilə açıq elan edən “Azneft” İB baş direktorunun müavini İkram Qurbanov qəhrəman neftçilərimizə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin və “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərovun bayram təbriklərini çatdırdı, çətin, lakin şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Dəniz neftçilərinə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun salamlarını və təbriklərini yetirən Pirallahı RİH Başçısının müavini Cəlil Mirzəyev “qara qızıl” bahadırlarının bundan sonra daha böyük qələbələr əzmi ilə qarşıda duran vəzifələri həyata keçirəcəklərinə və neft strategiyasının yeni-yeni uğurlar qazanması üçün var gücləri ilə çalışacaqlarına əminlik ifadə etdi.
Azərbaycan neftinin tarixi köklərinin çox qədim dövrlərə gedib çıxdığını bildirən “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoymasını, bunun da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə birbaşa əlaqədar olmasını vurğuladı. Həmin dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazənin alınmasına nail olunması ulu öndər Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
1993-cü ilin iyununda ölkədə siyası böhranın son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı respublika rəhbərliyinin xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya, siyasi rəhbərliyə dəvət etməsi, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanması neft sənayemizin tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Təsadüfi deyil ki, xalqımız artıq on üçüncü dəfədir ki “Əsrin müqaviləsi”nin imzalandığı günü - sentyabrın 20-ni Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təntənə ilə qeyd edir. Neftçilər Ulu Öndərin 2001-ci ildən bizə bəxş etdiyi bu əlamətdar gündə keçilən yola nəzər salır, görülən işləri təhlil edir, gələcək perspektivləri müəyyənləşdirirlər.
Rövşən Qarayev qeyd etdi ki, ötən dövrdə qazanılan nailiyyətlərdən danışarkən ilk növbədə zəngin tarixi ənənələrə malik neft-qaz sənayemizin yeniləşdiyi qeyd olunmalıdır. 1994-cü ildən indiyədək neft sektoruna təqribən 67 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuş, ölkənin mövcud yataq və strukturları üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir. Hazırda Azərbaycanda 32 Hasilatın Pay Bölgüsü sazişi üzrə iş aparılır ki, həmin layihələrdə də dünyanın 19 ölkəsini təmsil edən 41 şirkət iştirak edir. “Əsrin müqaviləsi”ndən başlayaraq ölkə üzrə neft hasilatı təxminən 4,1 dəfə artaraq, 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 50 mln. tonu ötmüşdür. 2004-2012-ci illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq, 5,5 mlrd. kubmetrdən 28 mlrd. kubmetrə çatdırılmışdır ki, bunun da 7 mlrd. kubmetrindən çoxu ARDNŞ-nin payına düşür.
Mütəxəssislərin hesablamalarına görə Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,5 mlrd. tondan çoxdur. Proqnozlaşdırılmış karbohidrogen resursları ilə birlikdə ümumi ehtiyatlarımız isə neft ekvivalentində 10 mlrd. ton həcmində qiymətləndirilir. Bu zəngin sərvətin hasil edilib xalqımızın istifadəsinə verilməsində Pirallahı rayonunun, o cümlədən “28 May” NQÇİ-nin əzmkar neftçilərinin önəmli payı vardır. Dövlət planlarını və tapşırıqları ilbəil artıqlaması ilə yerinə yetirən qəhrəman neftçilərimiz bu ilin 8 ayını da yüksək göstəricilərlə başa vurmuşlar. “28 May” NQÇİ-də 2013-cü ilin 8 ayı ərzində 3291159 ton neft hasil olunmuş, plan 100,1% yerinə yetirilmişdir. 3890653 min m3 qaz hasil edən kollektiv planın öhdəsindən 101,94% gəlmişdir. Görülən geniş miqyaslı işlər və əsaslı vəsait qoyuluşları yaxın gələcəkdə Pirallahı rayonunda neft və qaz hasilatının daha da artırılmasına zəmin yaradır.
Sonra “28 May” NQÇİ-nin il ərzində əməkdə fərqlənmiş işçilərinin mükafatlandırılması mərasiminə start verildi. 15 saylı DDÖ-nün neftqazçıxarma operatoru Seyidbaba Mərdanov və Quyuları əsaslı və yeraltı təmir sexinin qazmaçı köməkçisi Səfər İsmayılov ARDNŞ-nin Fəxri fərmanına layiq görüldülər. Usta Sahib Nuruyev, mühəndis Azər Quliyev, operator Xidmət Babayev, maşinist Təvəkkül Məmmədov və daha səkkiz dəniz neftçisi “28 May” NQÇİ və Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı. Neft, qaz və kimya sənayesi işçilərinin ənənəvi Spartakiadasında ağırlıq qaldırmada I yer tutmuş İsmət Hacıyev və daha dörd nəfər neftçi-idmançının uğuru isə pul mükafatı ilə qeyd edildi.
Daha sonra tədbir Çilov qəsəbə stadionunda bayram konserti ilə davam etdirildi. “Büsat” ansamblının iştirakı ilə xalq artistləri Ağadadaş Ağayev və İlham Əsgərovun ifasında populyar mahnı və şeirlərlə başlanan konsert proqramı Çilov uşaq bağçasının körpə fidanlarının, adada hərbi xidmət keçən Milli Ordu əsgərlərinin, dəniz özüllərindən gəlmiş neftçilərin, qəsəbə sakinlərinin tədbirə qatılması ilə böyük bir xalq gəzintisinə çevrildi.