Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda tədbir keçirildi

14 aprel 2019 | 11:00
     Pirallahı rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda tədbir keçirildi. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, məktəb direktorları, tarix müəllimləri və şagirdlər iştirak etdilər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
    Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli Ümummili lider Heydər Əliyevin  müəllifi olduğu azərbaycançılıq ideologiyasının həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafeələr çevrəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynadığını bildirdi. Natiq Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verərək qeyd etdi ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. Təqdim olunmuş 28 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Müsabiqənin növbəti mərhələsində isə Komissiya üzvləri və elmi rəhbərlərin iştirakı ilə məktəblilərin çıxışları dinlənilmiş və xüsusi tədqiqat bacarığı ilə seçilən 5 məktəbli Pirallahı rayonu və Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanmışdır.
     Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirdi.
 
Keçidlər