Çernobıl AES-də baş verən qəzadan 33 il ötür
26 aprel 2019 | 11:00
Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 33 il ötür.
Respublikamızda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən xüsusilə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra zəruri tədbirlər gürülüb, Çernobıl əlillərinə bir sıra güzəşt və imtiyazlar verilmiş, onlar daim dövlətin diqqətində olmuşlar.
1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.
AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatına 7 min nəfər azərbaycanlı da cəlb edilib. Onlardan da 2000 nəfəri şüalanmadan dünyasını dəyişib. Qalanları isə ömürlük əlil olub. Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.
BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.
Qeyd edək ki, rayonumuzun 16 sakini də Çernobıl Atom-Elektrik Stansiyasında baş vermiş qəza zamanı əlil olmuşdur.