Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivində yeni yollar çəkilir

30 aprel 2019 | 11:00
   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonu ərazisində, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonunun Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işləri aparılır.
     2 kilometr uzunluğunda olan Gürgən qəsəbəsinin və 1,5 kilometr uzunluğa malik “Qoşa Qışlaq” yaşayış massivinin yolları 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Layihə çərçivəsində torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası işlərinə başlanılıb. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa edilir.
     Yol əsası hazır olan hissələrdə hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri Gügən qəsəbəsinin yollarının 14 min kvadratmetrlik ərazisini əhatə edir.
Hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləndən sonra yol vətəndaşların istifadəsinə veriləcək.
     Gürgən qəsəbəsinin və “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən çox əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin ediləcək.
 
Keçidlər