Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda "Təhsil millətin gələcəyidir" başlığı altında tədbir keçirildi

30 aprel 2019 | 11:00
    30 aprel 2019-cu il tarixində Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini,  millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Təhsil millətin gələcəyidir" başlığı altında tədbir keçirildi. Diskussiya xarakterli görüşün keçirilməsində əsas məqsəd aprel ayının 4-ü Bakı şəhərinin 162 saylı məktəbində baş verən hadisə ilə bağlı  son vaxtlar cəmiyyətdə geniş müzakirə mövzusu olan müəllim-şagird, müəllim-valideyn münasibətləri və rayonumuzun ümumtəhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etmək idi.
     Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki,  ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu, dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ortaya qoyur. Təhsil Azərbaycan dövləti üçün prioritetdir. Çünki, Ulu Öndərin dövründə müəyyən olunan siyasi xətt və dövlət strategiyası dəyişməyib, əksinə bu gün də uğurla davam etdirilir. Millətin gələcəyinin təhsildə olduğunu ehtiva edən dövlət strategiyası müasir zamanla ayaqlaşmanın labüdlüyünü əks etdirən Təhsilin inkişafının yeni dövlət strategiyasını ortaya qoydu".
     Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək Dövlət Proqramına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin əsaslı təmir olunmasını, müasir texnologiyalar əsasında fənn kabinetləri ilə təchiz olunmasını, bununla yanaşı məktəbəqədər təhsil müəssisələrində yer çatışmamazlığını qeyd etdi. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı  rayonun təhsil müəssisələrində mövcud vəziyyəti aydınlaşdırmaq üçün monitorinq qrupunun yaradılması barədə Sərəncam verdiyiniqeyd edərək və bu qrupun orta məktəblərdə valideyn və şagird kollektivləri ilə görüşlər keçirilməsi tapşırığı verildi.
      Monitorinq qrupunun rəhbəri, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli monitorinq qrupunun fəaliyyəti barədə məlumat verərək təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş strategiyanın konseptual əsasları, adında olduğu kimi Azərbaycan Respublikasında Təhsilin inkişafına, ölkədə təhsilin müasir dünya təhsilinin səviyyəsin çatdırılmasına və bununlada yeni elm və texnologiya əsrində Azərbaycan brendlərinin formalaşmasına xidmət edir.
      Dövlətin 2020-ci il hədəflərində təhsilin xüsusi çəkisi digər sahələrlə müqayisədə xeyli dərəcədə artıqdır. Bunu "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə yeni dövlət strategiası"nda aydın şəkildə görmək mümkündür. Bundan əlavə ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
     Tədbirdə iştirak edən müəllimlər Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin Dövlər Proqramı çərçivəsində əsaslı təmir olunmasını, məktəblərdə müasir standartlara uyğun fənn kabinetlərinin təhsilin keyfiyyətinin artmasında mühüm rol oynadığını, həmçinin orta məktəblərdə mövcud olan vəziyyətlə bağlı məlumatlar verərək,  təkliflərini irəli sürdülər.
 
Keçidlər