Pirallahı rayonunda "Səhiyyəmizin bu günü və sabahı" başlığı altında tədbir keçirildi
01 may 2019 | 11:00
01 may 2019-cu il tarixində Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Səhiyyəmizin bu günü və sabahı" başlığı altında tədbir keçirildi. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən tədbirdə rayonun səhiyyə ocaqlarında çalışan həkim və tibbi personalın nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyə sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. " Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bütün sahələrdə davamlı inkişafın əldə edilməsini şərtləndirib. Bu baxımdan, səhiyyə sistemində görülən işlər və əldə olunan nəticələri də xüsusi vurğulamaq lazımdır. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb".
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov çıxış edərək xəstəxananın müasir standartlara uyğun avadanlıq və peşəkar həkim personalı ilə təmin olunduğunu vurğuladı.
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğulayaraq tədbir iştirakçılarına onları maraqlandıran suallar və problemlərlə bağlı müraciət etməyi tövsiyə etdi.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli rayonumuzun səhiyyə sistemi ilə bağlı layihələrin hazırlandıqları barədə məlumat verdi. Bildirildi ki, respublikamızın bütün bölgələrində müasir səviyyədə tibb ocaqları yaradılıb. Son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən 3 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi Tamara Məmmədova, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və digər tədbir iştirakçıları rayonumuzun səhiyyə ocaqlarında yaradılmış yüksək şəraitlə bağlı dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.