Rayonumuzda "Pirallahını tanıyaq" layihəsinin təqdimatı keçirildi
02 may 2019 | 11:00
Mayın 1-də Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə "Pirallahını tanıyaq" layihəsinin təqdimatı keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli, Pirallahı Rayon Yeni Azərbaycan Partiyasının sədri Hikmət Şikarov, Pirallahı rayon polis şöbəsinin rəis müavini Fəxrəddin Babayev, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri iştirak etdilər.
"Pirallahını tanıyaq" layihəsinin keçirilməsində əsas məqsəd Pirallahının tarixi, coğrafiyası, iqlimi, flora faunası, Milli qəhrəmanları haqqında geniş məlumat vermək, eyni zamanda çoxmillətli Pirallahı rayonundakı tolerantlığı nümayiş etdirməkdən ibarət olub. Layihənin hazırlanmasında məktəbin kiçik akademiyasının müəllim və şagird heyəti eyni zamanda məktəbin digər fəal şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli, Pirallahı Rayon Yeni Azərbaycan Partiyasının sədri Hikmət Şikarov ölkəmizdə təhsilin inkişafından, yüksək standartlara cavab verən yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışdılar. Təhsilin inkişafında Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulandı.
Bədii hissədə məktəblilər tərəfindən rayonumuza aid rəsm əsərləri təqdim edildi, şeirlər səsləndirildi, mahnılar ifa olundu, müxtəlif rəqslər nümayiş etdirildi.