Rayonumuzda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
10 may 2019 | 11:00
Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir. Müxtəlif idman növləri üzrə rayon turnirləri keçirilmiş, təhsil və mədəniyyət ocaqlarında inşa yazı, rəsm, şeir, mahnı müsabiqələri, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, hər həftənin şənbə günləri iməciliklər təşkil edilərək yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, yüzlərlə müxtəlif növ ağaclar, təbii güllər əkilmişdir.
Mayın 10-da Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə qanvermə aksiyası keçirildi. Aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etdilər. B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi qanvermə tədbirində 300-ə yaxın rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan verdi.
Keçirilən tədbirlərdə müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verildi. Bildirildi ki, Müasir Azərbaycanın inkişaf və tərəqqisi bilavasitə Ulu Öndərimizin adı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında yeni mərhələ başladı. 42 il öncə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələr üzrə ciddi inkişaf baş verdi. Sovetlər dönəmində Azərbaycanda nə qədər möhtəşəm işlərin həyata keçirildiyi hamıya məlumdur. Müstəqillik dövründə isə Ulu Öndər hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi. Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən, Prezident İlham Əliyevin prinsipial məsələlərdə siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi o deməkdir ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası məhz o dahi şəxsiyyətin arzuladığı kimi uğurla davam etdirilməkdədir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, ölkə başçısının ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşmaqdadır. Bu uğurlu inkişaf xətti Pirallahı rayonunun da ildən-ilə çiçəklənməsinə, əhalisinin maddi-rifah halının get-gedə daha da yüksəlməsinə xidmət edir.