Pirallahıda Yüksək Texnologiyalar Parkı yaradılır
21 sentyabr 2013 | 10:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 16 sentyabr 2013-cü il tarixində Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 984 N-li Fərmanını imzalamışdır. Nəinki Pirallahı rayonunun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bu Fərmanın məqsədi
iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etməkdən ibarətdir.
Məlumat üçün bildirək ki, Prezidentin 2012-ci il 5 noyabr tarixli 736 N-li Fərmanı ilə Yüksək Texnologiyalar Parkının (bundan sonra - “YT Park”) Sumqayıt şəhərində yaradılması planlaşdırılırdı. Lakin Möhtərəm Prezident İlham Əliyev cənabları Pirallahı rayonunun gələcək inkişaf perspektivlərini nəzərə alaraq, yeni qurumun səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə “YT Park”ın məhz Pirallahıda yaradılması haqqında mühüm qərar qəbul etmişdir.
Fərmanla müəyyən edilmişdir ki, “YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Bunu nəzərə alaraq Dövlət Başçısı Pirallahı rayonu Səməd Vurğun küçəsində 50 hektar torpaq sahəsinin “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmış “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətə ayrılmasına göstəriş vermişdir. Halbuki Sumqayıt şəhərində Cəmiyyət üçün cəmi 30 hektar sahə ayrılması nəzərdə tutulurdu.
Növbəti mərhələdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “YT Park”ın fəaliyyətinin təşkili üçün ayrılmış ərazidə zəruri infrastrukturun yaradılması, xidmətlər göstərilməsinin və parkın fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün tədbirlər görülməsini təmin edəcəkdir. “YT Parkı”ın fəaliyyət istiqamətləri üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın təşkili və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görülməsi nəzərdə tutulur.