Şriftin ölçüsü :

Saytın rəngi :

“Qadın hüquqlarının müdafiəsi” adlı tədbir keçirildi

17 may 2019 | 11:00
     Mayın 16-da Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədilə “Dayaq” Mentorluq proqramı üzrə növbəti treninq həyata keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, rayon icra hakimiyyətinin əməkdaşları, bələdiyyə üzvü olan qadınlar iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli qeyd etdi ki,  Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, idarəçilikdə, parlamentdə, bələdiyyələrdə qadınların iştirakı xeyli dərəcədə artıb. Bu gün ölkəmizdə gender bərabərliyi mövcuddur və qadınlar cəmiyyətimizin aparıcı hissəsinə çevrilib. Azərbaycan qadını ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.  Bütün bunlar isə Azərbaycan qadınlarını cəmiyyət həyatında rolunun daha da artdığının göstəricisidir.
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov çıxışında cəmiyyətdə ailə dəyərlərinin və qadın hüquqlarının qorunması istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışdı. Elgün Səfərov vurğuladı ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi istiqamətində tətbiq etdiyi təcrübəni müxtəlif ölkələrlə bölüşür, eyni zamanda, dünya dövlətləri ilə təcrübə mübadiləsi aparılır. Bu gün Azərbaycanın ictimai, siyasi, mədəni, sosial həyatında qadınların iştirakının genişlənməsi müşahidə olunur.
    Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
 
Keçidlər