Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda sakinlər üçün “Açıq qapı” günü keçirildi

22 may 2019 | 11:00
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilmişdir.
      Fəal görüşlər çərçivəsində mayın 20-də Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Mirdaməd Seyidov və digər idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.
     Tədbirdə sakinlər tərəfindən daxil olmuş müraciətlərlə bağlı müvafiq tədbirlər görülmüş, araşdirma aparılması və icrasi ilə bağlı tapşırıqlar verilmiş, aidiyyəti qurumlara müraciətlər göndərilmiş, tədbirlər planlarına əlavə edilmiş, həmçinin vətəndaşlara qaldırdıqları məsələ ilə bağlı müvafiq izahatlar verilib.
      Daxıl olmuş hər bir müraciət nəzarətə götürülüb.
 
Keçidlər