Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Gənclər Mərkəzində ictimai dinləmə keçirildi

25 may 2019 | 11:00
    Mayın 24-də  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Gənclər Mərkəzində "R-Pharm" Şirkətlər Qrupunun Azərbaycanda ilk hazır dərman formalarının və preparatları istehsalının ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsinə dair hesabatın ictimai dinləmələri keçirildi. Tədbirdə RİH əməkdaşları, “R-Pharm” MMC-nin əməkdaşları və sorğusunu keçirmiş “SULACO” şirkətinin mütəxəssisləri, həmçinin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etdilər.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Azad Namazov qonaqları salamlayaraq qeyd etdi ki, Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Bu istiqamətlərdə Pirallahı, Çilov, Neft Daşları və Gürgən  qəsəbələrində rayon yarandığı gündən indiyədək 300 000-ə yaxın müxtəlif ağac tingləri əkilib və belə yaşıllaşdırma işləri davam etdirilməkdədir. Mərkəzi yol boyu ərazilər, yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır.
     Məruzələrlə “R-Pharm” MMC-nin nümayəndəsi Anar Səmədov, “SULACO” şirkətinin mütəxəssisi İslam Məmmədov çıxış etdilər. Dinləmələrin gedişatında, rayon sakinlərinə həm zavod, həm də layihənin gələcək planları haqqında tam və dolğun məlumat təqdim edilmişdir. Mütəxəssislər layihənin texniki göstəriciləri, qurulaşdırılacaq avadanlıq, layihə ərazisinin ilkin vəziyyəti, onun flora və faunası; tikintinin və zavodun fəaliyyətinin proqnozlaşdırılan potensial təsirləri haqqında və onların yumşalması üzrə ölçülər, ekoloji monitorinq və planlar haqqında iştirakçılara məlumat verdilər.
    Sonda iştirakçıların sualları və təklifləri dinlənilmışdır. İştirakçılar layihəyə müsbət fikrini bildirərək, zavodun rayonda mövcud infrastrukturunu mükəmməl əlavə edəcəyini vurğuladılar.
    Qeyd edək ki, "R-Pharm" Şirkətləri Qrupu Rusiya əczaçılıq bazarının liderlərindən biridir. Belə ki, şirkətdə 3000-dən artıq yüksək ixtisaslı mütəxəssislər çalışır. Qrup, Rusiya Federasiyası ilə yanaşı, eləcə də MDB ölkələrində, ABŞ, Almaniya, Yaponiya və digər ölkələrdə də fəaliyyət göstərir. "R-Pharm", tədqiqat və işləmələr, dərman vasitələrinin istehsalı, həmçinin laboratoriya avadanlığının və tibbi texnikanın çatdırılmaları üzrə ixtisaslaşır. Şirkətlər qrupunun portfelinə onkoloji, hemotoloji, kardioloji, immunoloji, antibakteriallar, antiviruslar və QİÇS terapiyası  daxil olmaqla, müxtəlif əczaçılıq qruplarının preparatları da daxil edilmişdir. Aktiv işləmədə 20-dən artıq orijinal preparat mövcuddur.
Keçidlər