Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda məcbüri köçkünlərlə görüş keçirildi

30 may 2019 | 11:00
       Mayın 30-da Pirallahı Gənclər Mərkəzində rayonda yaşayan məcburi köçkünləri ilə görüş keçirildi. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və rayonda məskunlaşmış məcburi köçkünlər iştirak etdilər.
       Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Vasif İmanov  qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət siyasətinin bu önəmli sahəsini həmişə diqqətdə saxlayır, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq fərman və sərəncamlar imzalayır. Məcburi köçkünlər üçün 100-dən çox şəhərciyin salındığını diqqətə çatdıran RİH başçısı söyləyib ki, hal-hazırda ölkənin müxtəlif nöqtələrində məcburi köçkünlər üçün yaşayış kompleksi, qəsəbə və məhəllələrin tikintisi paralel şəkildə həyata keçirilir və vaxtından əvvəl təhvil verilməsi nəzərdə tutulur. Belə yaşayış məhəllələrindən biri də Bakı şəhəri, Pirallahı rayonunda salınır. 300 ailəlik bütün zəruri sosial-texniki infrastruktur  olan yaşayış məhəlləsində son tamamlanma işləri həyata keçirilir.
     Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.  Dövlətimizin başçısı  Nazırlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha vurğulayıb ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Hazırda paytaxtda və bölgələrdə məcburi köçkünlərin üçün yeni yaşayış komplekslərinin inşası davam etdirlir. Diqqətə çatdılıldı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması sübut etdi ki, xalqımızı hər an narahat edən bu məsələ dövlət siyasətinin əsasını təşkil edir.
      Dövlət Komitəsinin sədri görüşdə iştirak edən məcburi köçkünlərin müraciətlərini dinləyib, suallarını cavablandırıb.
       Görüşdə çıxış edənlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Keçidlər