Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu Pirallahıda iftar süfrəsi təşkil edib

30 may 2019 | 11:00
    Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə mayın 30-da Pirallahıda iftar süfrəsi təşkil edib.
İftar süfrəsində şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələrdən olan insanlar, rayonda məskunlaşmış məsburi köçkünlərin nümayəndələri, ümumilikdə 500 nəfərdən çox rayon sakini  iştirak etmişdir.
    Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.
    İftar süfrəsində, həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub. Süfrə ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Keçidlər