Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi silsilə humanitar aksiyalar keçirir

03 iyun 2019 | 11:00
          İyunun 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi  tərifindən “28 May” NQÇİ-nin akt zalında aztəminatlı ailələrlə görüş keçirildi. Görüş zamanı  QAC-nin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.  Sonra qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı.
      Qeyd edək ki, həmin gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü və müqəddəs Ramazan bayramı münasibətilə Çilov adasında yerləşən “28 May” NQÇİ-nin uşaq bağçasında  tədbir keçirilmişdir. Tədbir zamanı uşaqların nümayiş etdirdikləri şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.  Sonra Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən balaca fidanlara hədiyyələr təqdim olunmuşdur. Öz çıxışında T.İskəndərova “28 May” NQÇI-nin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi.

Keçidlər