Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu

02 iyun 2019 | 11:00
     1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş «Qadınların Beynəlxalq Konfransı»nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
    Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Pirallahı Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanmış, rayonun bütün təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilmişdir.
Mayın 31-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzində “Uşaqların Beynəlxalq Müdafiə Günü"nə həsr olunmuş növbəti tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, mədəniyyət və təhsil ocaqlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, uşaqlar və məktəblilər iştirak etdilər.
    Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov bayram münasibətilə körpə fidanları, məktəbliləri təbrik etdi və gələcəyimiz olan uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən danışdı. Natiq diqqətə çatdırdı ki, Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Qeyd edildi ki, bu gün onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi Azərbaycan dövlətinin uşaqlara qayğısının bariz təzahürü sayılmalıdır. A.Namazov bildirdi ki, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirilir.
    Tədbir zamanı balaca fidanların nümayiş etdirdiyi səhnəciklər və rəqs nömrələri, söylədiyi şeirlər və müxtəlif mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılandı.
 
Keçidlər