Ombudsmanın təşəbbüsü ilə Çilov adasında maarifləndirmə tədbiri həyata keçirilib
05 iyun 2019 | 11:00
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilir. Aylıq çərçivəsində paytaxtda və regionlarda müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda dəyirmi masa, seminar, konfrans və maarifləndirmə tədbirləri təşkil edilir. Hüquqi maarifləndirmə məqsədi daşıyan növbəti tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Çilov adasında yerləşən Azərbaycanın Milli Qəhrəmanı R.İbrahimov adına 131 nömrəli tam orta məktəbdə həyata keçirilib.
Tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev bu günlərdə qeyd etdiyimiz 28 may - Respublika günü və 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günü, eləcə Ramazan bayramı münasibətilə Müvəkkilin adından məktəb kollektivini təbrik edib və xoş arzularını bildirib. Ombudsmanın öz səlahiyyətləri çərçivəsində uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyi, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqların bərpasının Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi diqqətə çatdırılıb.
Daha sonra Aparatın əməkdaşları tərəfindən Uşaq hüquqları üzrə pilləli tədris proqramına müvafiq olaraq qruplarda şagirdlərlə interaktiv formada təlim keçirilib, onlara uşaq hüquqlarının yaranma tarixi, beynəlxalq və milli qanunvericilik, uşaq hüquqlarını müdafiə edən qurumlar barədə geniş məlumat verilib, Uşaq Hüquqları Konvensiyasında təsbit olunan maddələr ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.
Təlimlərdə Ombudsman təsisatı tərəfindən “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan istifadə edilib və məktəb kitabxanasına da vəsaitlər hədiyyə edilib.
Təlimin sonunda fəal iştirak edən şagirdlər Ombudsmanın və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin imzaları ilə Sertifikatla, prosesdə yaxından iştirak edən direktor və müəllimlər təşəkkürnamə ilə təltif edilib.
Səfər çərçivəsində Aparatın əməkdaşları SOCAR-ın Azneft İstehsalat Birliyinin “28 May” NQÇİ-nin uşaq baxçasına gedərək, orada uşaqların qidalanması, asudə vaxtlarının təşkili və təlim prosesi ilə tanış olub, yaradılmış şəraitin uşaqların inkişafına xidmət etdiyi müşahidə edilib.