Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi müqəddəs Ramazan Bayramı münasibətilə humanitar aksiyalar keçirir

07 iyun 2019 | 11:00
      Müqəddəs Ramazan Bayramı münasibətilə Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə silsilə humanist aksiyalar keçirilir. İyunun 5-də aztəminatlı, sağlamlıq imkanları məhdud və sosial müdafiəyə ehtiyacı olan rayon sakinləri ilə görüş keçirildi.
      Tədbir zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.
      Sonda qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı. Yardım alan ailə üzvləri hər zaman onlara mənəvi dayaq olan insanlara öz dərin minnətdarlıqlarını bildirdilər.
      Qeyd edək ki, əlil ailələrə və sağlamlıq imkanları məhdud olan insanlara verilən ərzaq məhsulları evlərinə çatdırıldı.
Keçidlər