15 İyun - Qurtuluşun zəfər çaldığı gündür
13 iyun 2019 | 11:00
İyunun 12-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun–Milli Qurtuluş Günü ilə əlaqədar “Neft Daşları” qəsəbəsində tədbir keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov öz çıxışında tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etdi. Natiq qeyd etdi ki, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir!
V.Səfixanov bildirdi ki, Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş, iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir. V. Səfixanov məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtulduğunu, uğurlu gələcəyin təməlinin qoyulduğunu və ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişaf onu deməyə əsas verir ki, həm rayonumuzda, həm də bütövlükdə respublikamızda davam edən geniş quruculuq işlərinin sayəsində, Prezident İlham Əliyevin vurğuladığı kimi, bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır! - deyən V.Səfixanov çıxışına yekun vurmuşdur.
YAP Pirallahı rayon təşklatının sədri Hikmət Şikarov qeyd edib ki, 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub: “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Müasir müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir.”
Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Azərbaycan xalqının tarixində elə günlər var ki, Azərbaycan xalqının gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcların əsasını qoyub: “Taixi hadisələrlə zəngin belə günlərdən biri 1993-cü ilin 15 iyun tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə sadəcə bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Vətənini, xalqını sevən, ö dövrün çətin, ağrılı günlərinin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün Milli Qurtuluş Günü çox dəyərli və əzizdir.”
YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini, 15 İyunun Azərbaycan xalqının öz taleyini həll etdiyi gün olduğunu vurğulayıb. Natiq Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, dahi rəhbər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyətindən bəhs edib.
Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Milli Ordu quruculuğu sahəsində apardığı islahatlardan, cəbhə xəttində ordumuzun vətənpərvərlik ruhunun yüksəlməsindən söhbət açıb.
“Neft Daşları” NQÇİ-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra neft sənayemizin inkişafından bəhs edib və tədbirin təşkilinə görə Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatına təşəkkürünü bildirib.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları” ərazi ilk partiya təşkilatının bir qrup fəallarına partiyanın rayon təşkilatının Fəxri fərmanları təqdim olunduqdan sonra tədbir respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam edib. Respublikamızın Xalq artisti Bilal Əliyevin, Əməkdar artist Gülüstan Əliyevanın, gənc xanəndə Nisbət Sədrayevanın və AzTV-nin solisti Taleh Yəhyavevin ifaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.