Pirallahıda istehlakçıların ümumi sığorta və maliyyə savadlılığının artırılması ilə bağlı maarifləndirici tədbir keçirilib
27 iyun 2019 | 11:00
İyunun 25-də Pirallahı rayonunda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istehlakçıların ümumi sığorta və maliyyə savadlılığının artırılması ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Maliyyə Bazarına Nəzarət Palatasının, sığorta şirkətlərinin məsul şəxsləri, sənaye müəssisələrinin rəhbərləri və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər maliyyə bazarlarında olan mövcud vəziyyəti düzgün qiymətləndirmək və adekvat qərarlar qəbul etmək üçün zəruri biliklərin vacibliyini qeyd edərək maliyyə bazarları sahəsində biliklərə yiyələnməyin vətəndaşlara hüquq və vəzifələrini bilməklə yanaşı, maliyyə bazarı iştirakçıları arasında düzgün və sərfəli seçim etməkdə yardım etdiyini, həmçinin əsas maliyyə anlayışlarını bilmək və onlardan təcrübədə istifadə etmək bacarığının insanların öz rifahını yaxşılaşdırmağa imkan yaratdığını söyləyiblər. Həmçinin əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, insanların sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta proseduralarının sadələşdirilməsini əhatə etməlidir.
Yekunda tədbir iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.